Londonun “Times” qəzeti yazır ki, İsrail Qərbdəki müttəfiqlərinə HƏMAS-ın xaricdəki liderlərini aradan qaldırmağa hazırlaşdığı barədə xəbərdarlıq edib.
HƏMAS liderlərinin məhvi təşkilatın terror hücumları dalğasına cavab olacaq. Bu hücumlarda 19 israilli həlak olub.
Bu arada, “müqavimət”dəki mənbələr İsrailin hər hansı ağılsız hərəkətinin fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edir.