Solovyovun verilişində QALMAQAL: Rusiya çökəcək – VİDEO

Məşhur rusiyalı iqtisadçı və siyasi xadim İrina Xakamada 15 il sonra Rusiyanın SSRİ ilə oxşar taleyi yaşayacağını bildirib.

Xakamada bu fikrini “Rossiya 1” telekanalında Vladimir Solovyevun verilişində çıxışı zamanı səsləndirib. O, Rusiya elitasını ölkəni uçuruma aparmaqda ittiham edib:

“Nə biz, nə Ukrayna, nə də Moldova iqtisadiyyat qura bildik. Heç kim bizə mane olmurdu. Bu, hansısa sui-qəsd deyil, çünki ortada 80 il var idi. İndi gəl 20 ilə yeni elita qurmağa cəhd göstər. Bu yoxdur, belə insanlar yoxdurlar. Onları hələ yetişdirmək lazımdır…

Sovet dövründə bütün imperiya Amerika imperializminə qarşıydı. Nüvə qalxanının yaradılmasına, Kennedi ilə Kubaya kimin birinci raket yerləşdirəcəyi ilə bağlı rəqabətə həddən artıq böyük pullar xərclənmişdi. Xalq ac idi, amma bütün pullar düşmənlə mübarizəyə gedirdi. Bu nə ilə bitdi? Neft qiymətləri düşdü və SSRİ dağıldı. İndi bizə yenə oxşar şey təklif edirlər. Bütün pullar hərbi büdcəyə, NATO ilə birgə Rusiya və Ukraynanı fəth etməyə çalışan ABŞ-la mübarizəyə gedir. Xalq qoy ac qalsın, çünki biz əsl vətənpərvərik. Biz Avropa və ABŞ-a qarşı döyüşəcəyik. Bütün bunlar nə ilə bitəcək? Bütün bunlar Rusiyanın çöküşü ilə bitəcək. Mənim sözlərimi qeyd edin və 15 il sonra onları yenidən izləyin. O zaman görəcəksiniz ki, nə baş verir”.

Xakamada Rusiyanın daim kimlərdəsə günah axtardığını deyib. O, Ukrayna və digərlərinin Rusiyadan qaçmasının əsas səbəbinin Moskvanın nəyisə düzgün etməməsi olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest