ŞOK ƏMƏLİYYAT: İranlı agentlər həbs edildi -VİDEO

Türkiyədə 2-si iranlı agent olmaqla 8 nəfər saxlanılıb.

“haberler.com” xəbər verir ki, İrandan gələn agentlər Vanda yaşayan keçmiş iranlı əsgəri qaçırmayı planlaşdırıb. Əsgərin İrana qaçırılması üçün 30 min dollar büdcə ayrılıb. Agentlər bu büdcə ilə türkiyə vətəndaşlarının da iştirakı ilə dəstə qurublar.

Agentlərin təlimatları ilə hərəkət edən dəstə üzvlərindən keçmiş iranlı hərbçinin və onun həyat yoldaşının İrana qaçırılması tələb olunub.

Dəstə üzvlərinə xəbərdarlıq edilib ki, təlimata uyğun hərəkət etməsələr onların İranda yaşayan ailələrinə zərər veriləcək.

Ötən ay türk kəşfiyyatı və polisi keçmiş hərbçini qaçırmaq üçün onun evinə soxulmağa hazırlaşan dəstə üzvlərini həbs edib. Əməliyyatın detalları isə indi açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest