Soçi-Moskva reysinin müəmmalı sərnişini – O, niyə həmişə Putinin yanında olmalıdır?

Putinin səhhəti ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Buna səbəb dəfələrlə Moskvadan Soçiyə uçan müəmmalı sərnişin barədə məlumatlar olub. İddialara görə, Rusiya prezidentinin yanında daim qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış cərrah olur. Bu barədə Rusiyada müxalif nəşrləri ilə tanınan “Proekt” media orqanı yazı dərc edib.

Müxalifət mediasının xəbərlərində yer alan iddialara görə, Moskvada xəstəxanada çalışan Yevgeni Selivanov adlı mütəxəssis həkim Rusiya prezidentinin səhhətini yoxlamaq üçün ən azı 35 dəfə Moskvadan Soçiyə uçub. “Proekt” media orqanı qeyd edib ki, Putinin qalxanabənzər vəzi xərçənginə tutulması ilə bağlı ciddi məlumatlar var: “Rusiya prezidentinin hazırda səhhəti ilə əlaqəli narahatlıqları var”.

Həmçinin qeyd olunub ki, Vladimir 2020-ci ildə Milli Endokrinologiya Tibbi Araşdırmalar Mərkəzinin rəhbəri İvan Dedov ilə görüşüb və burada qalxanabənzər vəzi xərçəngi, xərçəngin qarşısını alan dərmanlarla bağlı məsələlər müzakirə edilib. Son illərdə Rusiya liderinin münasibətində dəyişikliklərin olduğu və bu dəyişikliyin onun yaxın ətrafı tərəfindən də diqqət çəkdiyi bildirilib. Putinin 2012-2021-ci illər arasında gündəlik proqramlarını son anda ləğv etdiyi və ən azı 5 dəfə yoxa çıxdığı da vurğulanıb. Rusiya liderinin son zamanlar insanlar arasında məsafə saxlamasının arxasında xəstəlik qorxusunun olduğu qeyd olunub.

Xatırladaq ki, Putinin son görüşlərində, xüsusən də Fransa lideri Makronla görüşündə qonaqlarından uzaqlaşması tez-tez gündəm olub. Onun əvvəllər xərçəng olması xəbəri Kreml tərəfindən təkzib edilib. Daim kameralar önündə güclü və sağlam lider mesajı verən Putinin səhhəti ilə bağlı bir çox iddialar hələ ki, təsdiqini tapmayıb.

Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest