SOCAR-ın “zapravka”sına SİLAHLI HÜCUM

Gürcüstanın Ozurgeti şəhərində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə hücum edilib.

Məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov  açıqlama verib.

SOCAR rəsmisi bildirib ki, hücumu həyata keçirən şəxs kassa aparatını aça bilməyib, yalnız 100 lari (54 manat) götürə bilib.

İbrahim Əhmədov qeyd edib ki, şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest