“Sizi izləyirik, nəzərə alın” – Roqozin NATO-nu “təbrik etdi” və sülh üçün əsas təhlükə ADLANDIRDI – FOTO

Roqozin NATO-nu yaranmasının ildönümü münasibətilə təbrik edib və təşkilatı sülh üçün əsas təhlükə adlandırıb.

Bu barədə “Roskosmos”un Baş direktoru Dmitri Roqozin NATO-nun yaranmasının ildönümü münasibətilə təbrikində bildirib.

Dmitri Roqozin qeyri-standart təbrikdən sonra təşkilatı dünya üçün əsas təhlükə adlandırıb və onlara izlənildiklərini unutmamağı tövsiyə edib.

Roqozin “Brüsseldəki iş yerindən köhnə tanışlarını” və NATO-nun baş katibi Yens Stoltenberqi Rusiyanın “Resurs-P” peyki ilə çəkilmiş görüntüsündə ofisinə baxmağa dəvət edib.

“Bu gün, 4 aprel 1949-cu ildə on iki ölkənin (Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, ABŞ, Fransa) nümayəndələri Şimali Atlantika Müqaviləsi imzaladılar. İkinci Dünya Müharibəsindən sağ çıxan bütün dünya üçün əsas təhlükə olan NATO belə yarandı. İstərdim ki, Brüsseldəki köhnə tanışlarım, xüsusən də Stoltenberq NATO-nun ad günündə Roskosmos kosmik gəmisindən peyk görüntüsünün köməyi ilə öz ofisinə baxsın. Uşaqlar, sizi izləyirik. Yadınızda saxlayın”, – deyə Roqozin vurğulayıb.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest