Simeone onu təhqir edən Suaresə nə cavab verdi?

Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone komandanın onu təhqir edən hücumçusu Luis Suaresdən danışıb.

“Marca” mütəxəssisin söylədiklərini belə çatdırıb:

“Suares nədən narazıdır? Topun onun ölümcül zərbələr endirə bildiyi zonaya daha tez-tez ötürülməsini istəyir. Bu məsələ qaydasına düşsə, Luis ötən mövsüm olduğu qədər təhlükəli görünəcək”.

Xatırladaq ki, İspaniya Primyerasının 18-ci turunda – “Sevilya” ilə matçda (1:2) əvəzləməsinə sərt reaksiya verən uruqvaylı forvard mütəxəssisin ünvanına təhqiramiz ifadələr işlətmişdi. Oyundan alınmasına hiddətlənən hücumçu ürəyini bu şəkildə boşaltmışdı: “Kütbeyin axmaq… Gicbəsərin qandığı bura qədərdir, hər dəfə eyni şeyi edir”. 

Qeyd edək ki, Suaresin “Atletiko” ilə olan müqaviləsinin müddəti gələn ilin yayına qədərdir. Bu mövsüm İspaniya çempionatında və UEFA Çempionlar Liqasında 23 oyuna çıxan cənubi amerikalı futbolçu 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest