Silahla meşəyə daxil olan şəxslər dronla müəyyən edilərək saxlanıldılar

Türkiyədə havaların isinməsi ilə əlaqədar meşəlik ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Belə ki, aidiyyəti qurumlar dronların köməyi ilə hava patrulu xidməti təşkil ediblər.

Belə yoxlamalar zamanı bir qrup şəxsin meşə massivinə daxil olduğu aşkar edilib.

Dərhal əraziyə yollanan polislər həmən şəxsləri saxlayıblar.

Araşdırma nəticəsində məlum olub ki, saxlanılan şəxslər meşəyə silahdan atəş açmaq üçün yollanıblar.

Onların hər biri cərimələnib.

Qeyd edək ki, ötən il Türkiyə meşələrində baş verən güclü yanğınlardan sonra meşələrin təhlükəsizliyi gücləndirilib. Meşələrin qorunmasına dronlar cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest