Seyran Ohanyandan SENSASİON AÇIQLAMA: “Qarabağda məğlubiyyətimizin səbəbkarı Rusiyadır”

“44 günlük müharibədən sonra ibrət dərsi çıxarmaq lazımdır. Bu müharibədə əsgər və zabitlərimizin xüsusi rəşadətini görə bilmədik. Ordumuz ancaq pərakəndə halda geri çəkilməklə məşğul idi. Peşəkar hərbçilər anladılar ki, onları aldadıblar”.

Bunu  “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan erməni mediasına açıqlamasında deyib.

“Bütün xalqımız ən azı yalnız gələcək üçün Qarabağda alınan bu dərsləri mütləq öyrənməlidir. Əgər indiki hakimiyyət ibrət dərsi almaq istəmirsə, o zaman xalqı öz birliyi ilə dərs almağa məcbur etmək lazımdır. 44 günlük müharibədə bizi meydanda tək qoydular. Reallıq budur Rusiya Ermənistanı satdı. Hesab edirəm ki, Qarabağdakı məğlubiyyətimizin səbəbkarı Rusiyadır. Çünki bizə verdikləri silahlar belə öz effektini göstərmədi”, – deyə Ohanyan əlavə edib.

P.S. Erməni mediası Rusiyanın ən yaxın adamı hesab edilən Seyran Ohanyanın bu açıqlamasını blef adlandırıb. Son günlər mitinqlərdə Rusiyanın erməni müxalifətinə dəstək verməməsi Ohanyanın bu cür çıxış etməsini səbəb olub. Bunu ermənilərin “Fakt” nəşri vətənə xəyanət adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest