Sevgilisi ilə öpüşdüyü rəsmin tablosunu divara asan Demet Şenerə sərt reaksiya: “Ədəb yoxdur” – FOTO

Sevgilisi ilə öpüşdüyü rəsmin tablosunu divara asan Demet Şenerin fotoları birmənalı qarşılanmayıb.

Belə ki, türkiyəli aktrisa və model Demet Şenerə yağlı boya üzərində çəkilən həmin rəsmi 14 fevralda sevgilisi Tolqa Arman hədiyyə edib.

Sosial şəbəkə hesabından aktiv istifadə edən Şener “Evim, evim, gözəl evim” şərhi ilə öpüşmə tablosunun qarşısında fotolarını paylaşıb. 

Həmin fotolar sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

Paylaşımın altına “ədəb yoxdur, uşaqlarınızdan utanın” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Demet basketbolçu İbrahim Kutluay ilə 2019-cu ildə boşanıb. O, İbrahimdən olan iki övladı ilə birlikdə yaşayır.

Sözügedən fotoları təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest