Serj Sarkisyanın qardaşı oğlu HƏBS EDİLDİ

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan həbs edilib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan “Sputnik Ermənistan”a bildirib.

İrəvan məhkəməsi Ayk Sarkisyanın barəsində 2 aylıq həbs qərarı verib. O, etiraz aksiyası zamanı polisə müqavimət göstərməkdə şübhəli bilinir.

Xatırladaq ki, mayın 31-də Sarkisyanın qardaşı oğlu və Sünik şəhərinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu hökumət binası qarşısında kütləvi iğtişaşlar zamanı saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest