Serj Sarkisyan: “Ordu alçaldılanda, mənən qırılır,utanıram”

Ermənistanda 1998-ci ildən 2018-ci ilədək  hakimiyyətdə olan Koçaryan və Sarkisyan 20 il ərzində erməni xalqına olmazın zülümünü yaşatdılar.Kriminal hakimiyyətə rəhbərlik edənlər  20 il müddətində təkcə xalqın malını talamadı,onlar bu müddət ərzində həm də ölkədə korrupsiyanın leqallaşmasını rəsmiləşdirdilər. Orduda baş verən qanunsuzluqlar,rüşvət,əsgər yeməklərinin bazarlara daşınması hərbi sistemin çökməsinə zəmin yaratdı.Rusiyanın silah anbarlarının künc-bucağında paslanan,döyüş qabiliyyətini itirən silahlar onlara pulsuz veriləndə, ermənilər ordunun daha keçilməz və daha güclü olduğunu  zənn edirdilər.Rusiyadan yardım kimi Ermənistana göndərilən silahların əksər hissəsi isə ucuz qiymətə yaxın şərq ölkələrinə satılırdı.Ermənistanda 2008-ci ildə hakimiyyətə gələn Serj Sarkisyan da belə çirkli işlərin başında duranlardan idi.Ordu Sarkisyanın dövründə  dağılmağa başlayıb, fərrarilik məhz onun dövründə pik nöqtəyə çatıb.2016-cı il aprel döyüşlərində Ermənistan ordusunun heç nəyə yaramadığı üzə çıxanda Sarkisyan çıxış yolu kimi bir neçə generalı istefaya göndərməkdə gördü.Əslində isə Ermənistan ordusu həmin dövrə qədər əriyib yoxa çıxmışdı.Buna ermənilərin 30 il ərzində yaratıqları miflər səbəb olmuşdu.Özlərindən “qəhrəman xalq”obrazı yaradan toplum əslində nəyin baş verdiyinin fərqində deyildi.Əslində isə ermənilər özlərini uçurumun kənarında hiss etməliydilər.Amma “bu qəhraman xalq” məhvə getdiyini anlamırdı.Onu məhvə aparan qüvvələr isə “qədim və mədəni xalq”ın duasını çoxdan oxumuşdular.
  İndi  məğlubiyyətdən yaxalarını kənara çəkən keçmiş rəhbərlər-biabırçı məğlubiyyətin müəllifləri Koçaryan və Sarkisyan müqəddəs keşiş obrazındadırlar. İndi oxuyacağınız bu cümlələr Sarkisyana məxsusdur:
“Mən həmişə ordunun yanında olmuşam, amma bu ordu alçaldılanda, mənən qırılır,utanıram.Mən sərhəddəki komandirin vəziyyətini başa düşürəm. Onlara əl-qol açmağa imkan verilmir.Amma belə davam edə bilməz. Azərbaycanlılar bizim ərazidən əsgərlərimizi əsir aparır.Biz isə heç nə edə bilmirik.Bu gün məhbusların geri qaytarılması  üçün nə edirik?”
Bir vaxtlar ordududa rüşvətin qarşısını almaqda çətinlik çəkdiyini deyən,yüksək çinli zabitlərin əsgər yeməklərini bazarlara çıxartmağa göz yuman Sarkisyan indi həmin ordunun durumuna utanır.Amma özünü və komandasını zərrə qədər də günahkar hesab etmir.Ona elə gəlir ki,erməni ordusunun məhv olması 2-3 ildə baş verib:  “Bir azərbaycanlı sərhədimizi keçir, əsgərimizi əsir götürür və  erməni komandirin ona bir söz demək hüququ yoxdur.Bilirsiniz niyə?Ona görə ki, bunların başında dayanan kapituliyant Paşinyandır.Serj Sarkisiyan bunu Masisdə “Qürurm var” blokunun tərəfdarları ilə görüşündə deyib. Hakimiyyətdəki bu həyasız adam Qara gölün 30% -ni azərbaycanlıların  işğal etdiklərini söyləyir.Amma heç nə etmir.Ordumuz bilirsiz niyə məğlub oldu? Özümüzü insan kimi apara bilmədik.Hərbi  müttəfiqimizin yanında olmadıq.Olsaydıq, Rusiya hərbi-texniki əməkdaşlığı davam etdirər, bizim vaxtımızda olduğu kimi çoxlu sayda silah verərdi.Siz çox yaxşı bilirsiniz ki, ordunun döyüş  qabiliyyəti  təkcə silahlarda deyil, həm də həmin silahları  necə istifadə edəcəyini bilməkdən də asılıdır.Ermənistan ordusunda əsgərlər hazırlıqlı deyil.”
  Təxminən 15 il əvvəl Ermənistan ordusu dağılmağa başlayanda da erməni əsgərləri hazırlıqsız idi.O zaman əsgərlər arasında inamsızlıq,rüşvətxor zabitlərin özbaşınalığı, anarxiya və digər amillər Ermənistan ordusunun varlığını şübhə altına alırdı.Bütün bunlar isə  Sarkisyanın gözləri qarşısında,onun dövründə baş verirdi.İndi ordunun son durumundan utanıb yerə girən 3-cü prezident, Ermənistanın biabırçı məğlubiyyətini tezləşdirən siyasətin təməl daşını çoxdan qoymuşdu.
Vəli Həsənoğlu
Bakuexo.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest