SEPAH-ın komandiri qətlə yetirildi

İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah-ın) komandirlərindən biri Həsən Sayad Xodayari bu gün naməlum şəxslər tərəfindən hücum edilərək qətlə yetirilib.

Sepah-ın yayımladığı məlumata görə, hərəm müdafiəçisi olan H.S. Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın “Mücahidine İslam” küçəsində öldürülüb.

Məlumatda həmçinin qeyd olunub ki, terror edilən H.S. Xodayi həmçinin Suriyada döyüşüb. Onun İran inqilabına zidd terror qruplaşması tərəfindən qətlə yetirildiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest