Selfi çəkdi milyonçu oldu

İndoneziyalı Qozali Qozalu beş il ərzində 933 selfi çəkdirib və onlardan 1 milyon dollar qazanıb.

 “World of Buzz” xəbər verir ki, həmin şəxs çəkdiyi fotoları NFT tokenlərinə çevirərək satmağa başlayıb.

Qozalu özünün dediyi kimi, o, ilk selfisini 2017-ci ildə kompüter qarşısında oturaraq çəkib. O, illərlə necə dəyişdiyini kənardan görməklə maraqlanıb. Bu müddət ərzində Qozalu demək olar ki, min fotoşəkildən ibarət kolleksiya topladı və yanvarın 9-da hər şəkli NFT-yə çevirib 3 dollara satmağa qərar verib.

Onun ideyası uğurlu oldu, hətta özü üçün gözlənilməz oldu. Fotoları sanki “isti perajki” kimi qısa zamanda satıldı. İndi indoneziyalı alıcılardan ağlabatan olmalarını xahiş edir. 
“İstədiyiniz hər şeyi edə bilərsiniz, amma xahiş edirəm şəkillərimdən pis şeylər üçün sui-istifadə etməyin”- müştərilərinə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest