Safurə qayıdır: “Həyat yoldaşım dəstəkləyir”

“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva sənətə qayıdır.

Müğənni bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O bildirib ki, yeni klip, albom hazırlayıb:

“Ailə qurdum, səhnədən getdim. Yeni idim, uşaqlar, ailə, çətin idi. Klip gün tələb edir, uşaqlarla çətin olurdu. İndi övladlarım böyüyüb, rahat gedib gəlirəm.

Yoldaşım da dəstəklədi. Dəstəkləməsəydi, davam etməzdim. Onun dəstəyi ilə qərara gəldim və qayıtdım”.

Safudə bildirib ki, albomunda yer alan “Ağla” adlı lirik mahnısını ekranlaşdırır. İfaçı Türkiyuədə də mahnılar təqdim edəcəyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest