Sabahdan benzinin qiyməti yenidən qalxır

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Müvafiq qurumlar deyirlər ki, ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. 

Onda belə bir sual yaranır: Dünya bazarında neft 14 dollara düşəndə benzin niyə “su qiymətinə” olmadı?!

Hələ onu demirəm ki, Azərbaycan neft istehsalşısıdır. Amma nə yazıq ki, çıxardığımız neftin 95 faizini xam məhsul kimi xaricə satırıq. Sonra da bizdən xam neft alan ölkələrdən benzin idxal edirik. Özü də od qiymətinə.

Bununsa sadəcə izahı yoxdur. Burda ağlıma gələn gələn tək ifadə bu olur:” AYIBDIR”.

Sonra da öz-özümə fikirləşirəm ki, SOCAR-da oturanlar görəsən “ayıb”ın nə olduğunu bilirlərmi?

Sonda xalqımıza səbr, SOCAR rəhbərliyinə insaf arzulayıram.

Xatırladım ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

SURXAY

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest