Şəxsi məlumatın “sızması”nı necə önləmək olar?

Dünya üzrə şirkətlərin 35%-i kiber insident nəticəsində işçi məlumatlarının “sızması” ilə üzləşib. Şirkət işçilərinin əksəriyyəti şəxsi məlumatlarının “sızma” riskini minimuma endirmək üçün necə davranacağını bilmirlər. Çünki şirkətlərin yalnız 44%-i kiber təhlükəsizlik qaydaları üzrə təlimlər keçir. Üstəlik, onların böyük əksəriyyəti (64%) təlimin keyfiyyətindən narazıdır.

Bu barədə “Kasperski” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov deyib.

“Kiber insident zamanı bütün şöbələrin tez, dəqiq və əlaqələndirilmiş şəkildə hərəkət etməsi vacibdir. Bu, həm insidentə cavab vermək, həm sistemi bərpa etmək, həm də düzgün və zamanında böhran kommunikasiyası həyata keçirməyə aiddir. Yalnız bu yolla şirkət öz maliyyə itkilərini minimuma endirə bilər. Məhz buna görə də böhran zamanı əvvəlcədən hazırlanmış fəaliyyət planının olması vacibdir. Həmin anda PR və kibertəhlükəsizlik mütəxəssislərinin qarşılıqlı fəaliyyəti, məlumat mübadiləsi və müxtəlif vəziyyətlərdə daxili və xarici kommunikasiya üçün strategiya hazırlaması mühüm əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest