Səudiyyə şahzadəsi Bəsma azad edildi

Səudiyyə Ərəbistanında üç ilə yaxındır həbsdə olan şahzadə Bəsma bin Səud bin Əbdüləziz Əl Səud və qızı Suhud əl-Şərif azadlığa buraxılıb.

Bu barədə ölkə fəallarının məlumat platforması olan “Düşüncə Məhbusları” “Twitter” hesabından açıqlama verilib. Açıqlamaya görə, şahzadə Bəsma və qızı Suhud yanvarın 6-da Ər-Riyaddakı Əl-Hair həbsxanasından azad olunub. “Əl-Qist” (ALQST) insan haqları təşkilatı da Bəsma və qızının azad edildiyini təsdiqləyib. Həbsdə olduğu müddətdə şahzadəyə qarşı heç bir ittiham irəli sürülməyib.

Səudiyyə Ərəbistanı rəsmiləri məsələ ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Hüquq müdafiəçisi, eləcə də iş adamı və yazıçı kimi tanınan Bəsma

2019-cu ilin martında müalicə məqsədilə xaricə getməyə hazırlaşarkən saxta pasport nümayiş etdirdiyi üçün həbs olunub./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest