Səudiyyə Ərəbistanında ilk dəfə…

Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkəti krallığın tarixində ilk dəfə yalnız qadınlardan ibarət ekipajla uçuş həyata keçirib.

Aviaşirkət yeddi nəfərlik heyətin fotosunu paylaşıb.

Şirkətdən verilən məlumata görə, uçuş Ər-Riyaddan Ciddəyə ən son Airbus A320 təyyarəsi ilə həyata keçirilib.

Qeyd edək ki, Məhəmməd bin Salmanın krallıqda vəliəhd olduğu andan Səudiyyə Ərəbistanında qadınların cəmiyyətdəki rolu artıb. Onlara avtomobil sürmək, idman yarışlarına baxmaq üçün stadionlara baş çəkmək, orduda və polisdə xidmət etmək icazəsi verilib.

Mənbə: “RİA Novosti”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest