Səudiyyə Ərəbistanı kralının xəstəxanaya düşməsinin təfərrüatı bəlli oldu

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bəzi tibbi müayinələr üçün xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 86 yaşlı Kral Ciddədəki Kral Feysəl Xəstəxanasına aparılıb.

Kral kolonoskopiya müayinəsindən keçib və nəticələr müsbət çıxıb.

Lakin həkimlər prosedurdan sonra istirahət etmək üçün onu daha bir müddət xəstəxanada saxlamaq qərarına gəliblər.

Qeyd edək ki, sonuncu dəfə Kral Salman müayinə məqsədilə 20 iyul 2020-ci ildə xəstəxanaya aparılıb və üç gün sonra öd kisəsindən əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest