Sərxoş halda moped idarə edən sürücülər saxlanıldı – FOTO

“Bakıda sərxoş halda moped idarə edən 2 sürücü saxlanılıb”.

Bu barədə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

Onun sözlərinə görə, bu gün Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən mopedlə kuryer xidməti həyata keçirən şəxslərlə bağlı reyd keçirilib:

“Yol polisi əməkdaşları tərəfindən bir sıra qayda pozuntusu aşkarlanıb. Eləcə də içkili vəziyyətdə moped idarə edən iki şəxs aşkarlanıb və onlar barəsində İnzaibati Xətalar Məcəlləsinin 338.6-cı maddəsinə əsasən protokollar tədbiq edilib. Moped sürən şəxslərlə profilaktik söhbət aparılıb və onlara hüquqları çərçivəsində yol hərəkəti qaydalarına düzgün riayət etmələri bildirilib”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest