Sərnişin qatarları TOQQUŞDU – YARALILAR VAR

Türkiyənin İstanbul şəhərində qatar qəzası baş verib.

“TRT Haber” bildirir ki, hadisə şəhərin Tuzla rayonunda qeydə alınıb.

Belə ki, Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sərnişin qatarı Tuzladakı stansiyada dayanan sürətli qatara çarpılıb.

Məlumata görə, qatarlar eyni relsdə olub. Hərəkətdə olan qatarın maşınistinin son anda diqqətli davranması nəticəsində qəza ölümlə nəticələnməyib. Qatarı saxlamağa çalışan maşınist buna müvəffəq olmasa da, sürəti azaltmağa nail olub. Nəticədə qatarlar toqquşub, bəzi sərnişinlər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest