Şəmkirdə dəhşətli qəza

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon Dəllər Cəyir kənd ərazisindən keçən hissəsində olub.

İlkin məliumata görə, qəza nəticəsində 3 nəfər ölüb 2 nəfər yaralanıb

Xəsarət alanlar “QAZel” markalı kiçik tutumlu yük maşınında olan Ağstafa rayon sakinləri, 1982-ci il təvəllüdlü Şahin Siyavuş oğlu Məmmədov və Ədalət Bayramovdur.

Qəza nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti isə dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest