Şəmkirdə avtomobilləri sel apardı

Şəmkirdə güclü yağış fəsadlar törədib.

Təbiət hadisəsi rayonun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

Belə ki, güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Bu zaman avtomobillərdə olan 3 nəfər son anda xilas edillib.

Onlardan ikisinin kimliyi məlum olub: 65 yaşlı Bənövşə Musayeva və 36 yaşlı İlqar Musayev.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest