Şəhidin 13 yaşlı qardaşı vəfat etdi

Siyəzəndə məktəbli dünyasını dəyişib.

2009-cu il təvəllüdlü Rəfiyev Məhəmməd Musa oğlu dünyasını dəyişib.

Onun nəfəs borusuna yad cismin düşməsi nəticəsində boğularaq öldüyü bildirilir.

Şəhid Vüsal Əliyevin qardaşı Elyar İslamoğlu məktəblinin Vətən Müharibəsi şəhidi Seyfəli Rəfiyevin qardaşı olduğunu yazıb.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Seyfəli Rəfiyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest