Səhər yeməyi üçün ideal vaxt hansıdır? – MƏSLƏHƏT

“Səhər yeməyi məcburidir. Çünki insanların əksəriyyətində metabolik proseslər məhz səhər başlayır. Səhər yeməyi isə gün ərzində metabolik proseslərə təsir edir”.

Bu fikirləri “Moskva 24” portalına müsahibəsində diyetoloq Yelena Solomatina səsləndirib.

Diyetoloqun fikrincə “Səhər yeməyinin oyandıqdan dərhal sonra deyil, orta hesabla 40 dəqiqədən sonra qəbul etmək arzuolunandır.

Əgər bir insan güclü bir aclıq hissi ilə oyanırsa və həqiqətən yemək istəyirsə, ayrılmış vaxtı gözləmiyə bilər, bunda qəbahət yoxdur. Lakin, məsləhət deyil”.

Solomatina səhər yeməyində yulaf əzməsindən, qarabaşaq yarmasından və ya yumurtadan istifadəni məsləhət görür.

Bu yeməkləri sevməyənlər və ya onlarla qane olmayanlar sendviç də qəbul edə bilərlər. Buğda və ya çovdar çörəyindən hazırlanan sendviçi bir parça toyuq və ya balıq ilə hazırlamaq daha yaxşı olar. Təbii ki, bolqar bibəri və kahı kimi tərəvəzlər də əlavə edilməklə.

Surxay Atakişiyev, Bizim.Media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest