Şəbnəm Tovuzlunun pərəstişkarlarına BƏD XƏBƏR

“Sənətdən gedəcəyəm”.

Bu sözləri “Şourum” verilişində müğənni Şəbnəm Tovuzlu bildirib.

“Yaşa dolub, gözucu baxılmaqdansa, zamanında şirin-şirin getmək, vaxtında kənara çəkilmək daha yaxşıdır”, – o deyib.

Tovuzlu gedəcəyi tarixi də açıqlayıb:

“Dörd-beş ilə mən bu sənətdən gedəcəyəm. İllərdir çalışıram, vuruşuram, istəyirəm ki, öz adımı brendləşdirim. Geyim mağazası açmağım səkkiz aya başa gəldi. Bu, mənim illərimin arzusu idi. Əldə edib, özüm üçün yaratdım”.

Qeyd edək ki, ifaçı bir neçə gün öncə məşhurları başına yığaraq geyim mağazasının açılışını edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest