Rüstəmxanlı Mirkişilidən tələb etdi: Hansı əsasla? – VİDEO

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ötən iclasda rüsumların iki dəfə artırılması barədə səsləndirdiyi irada komitə sədri Tahir Mirkişilinin verdiyi cavaba etiraz edib

Sabir Rüstəmxanlı qanundan bir neçə sitat gətirib və bunlara əsasən, rüsumların iki dəfə artdığının sübut olunduğunu bildirib. Daha sonra isə T.Mirkişilinin etirazını əsaslandırmasını xahiş edib.

Spiker Sahibə Qafarovanın təklifi ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, S.Rüstəmxanlı ötən dəfə “iki-üç dəfə” artımdan danışıb:

“İki dəfə artımla üç dəfə artım arasında böyük fərq var. Mənim izahatım doğru informasiyanın deputat həmkarım tərəfindən cəmiyyətə verilməməsi ilə bağlı olub. Bu cür çıxış olarsa, mən araşdırıb, Sabir müəllimlə ayrıca görüşərəm və izahını verərəm”.

Zəruri olaraq qeyd edək ki, ötən iclasda S.Rüstəmxanlının “2-3 dəfə artım” sözünə etiraz edən T.Mirkişili ümumiyyətlə artımların 2 dəfə olduğunu inkar etmişdi və demişdi:

“Bəzi rüsumlarda 20, 30, 40, 50 faiz artımlar var. Təbii ki, istənilən artım insanların cibinə təsir edir. Biz bunu qəbul edirik. Ancaq pensiya və maaşlar da artırlılır. Dəbbə pulunun çox olması ilə bağlı da bizə müraciətlər daxil olur. Bununla bağlı araşdırmalarımız olacaq”.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest