Rüstəm Muradov Qarabağdan getsə də su bulandırmaqda davam edir

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin keçmiş komandiri Rüstəm Muradov doğulduğu Dağıstana qayıdıb. O, Mahaçqala şəhərində “Vətən Qəhrəmanları Keşikçiləri” təşkilatının üzvləri ilə görüşüb.

Görüş zamanı Muradov deyib ki, sülhməramlı kontingentin Qarabağda yerləşmə müddəti uzadılacaq: “Sülhməramlılar Azərbaycan, Ermənistan və Rusiya tərəfinin imzaladığı razılaşmaya əsasən münaqişənin bitməsindən sonrakı 5 il ərzində Qarabağda olacaq. Bu müddətdən sonra onların Qarabağda qalma vaxtının uzadılması barədə qərar veriləcək”.

Təbii ki, generel-leytenantın bu açıqlaması birmənalı qarşılanmayıb. Çünki, 5 ildən sonra nələrin olacağını bircə Allah bilir. Görünür Muradov erməni konyakından çox içdiyi üçün başı dumanlanıb və ən azı peyğəmbərlik eşqinə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest