Ruslar 1-ci sinif şagirdini Ukraynadakı müharibənin simvoluna çevirdilər – ANCAQ BİABIR OLDULAR

Rusiyalı təbliğatçılar Belqorod vilayətindən olan birinci sinif şagirdi Lyoşadan Rusiya Federasiyasının Ukraynaya qarşı işğalçılıq müharibəsinin yeni simvolunu hazırlayıblar.

Uşağın fotosu TJournal Telegram kanalında yerləşdirilib.

Hərbi geyiminə Z hərfi yapışdırılan oğlan Putinin əsgərlərini Ukraynaya gedən yolda müşayiət edir. Hansı ki, onlar bu ölkəyə yerli sakinləri öldürməyə, zorlamağa və qarət etməyə gedirlər. Bütün bunlar təbii ki, “nasizmə qarşı mübarizə” şousu altında reklam edilir. Guya Ukraynada “hirsli Banderovçular zəif uşaqları incidir”.

Hazırda Lyoşanın obrazı ilə qraffiti çəkirlər, açıqcalar buraxırlar və şokolad istehsal edirlər.

Müharibəni təbliğ etmək üçün uşaqdan istifadə etmək sinizmin ən yüksək zirvəsidir. Rus təbliğatçıları birinci sinif şagirdinin paltarına Rusiyanın üçrəngli bayrağını deyil, Serbiyanın dövlət bayrağını yapışdırıblar və bununla da dünya miqyasında biabır olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest