“19 100-ə yaxın Rusiya hərbçisi məhv edilib”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiyanın müharibə başlayan ilk gündən verdiyi hərbi texnika itkiləri isə bunlardır:
705 ədəd tank,
1 895 ədəd zirehli döyüş maşını,
333 ədəd artilleriya sistemi,
108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi),
55 hava hücumundan müdafiə sistemi,
151 ədəd hərbi təyyarə,
136 ədəd helikopter,
1 363 ədəd nəqliyyat vasitəsi,
7 ədəd gəmi/kater,
76 ədəd yanacaq çəni,
112 ədəd dron,
25 ədəd xüsusi texnikası,
4 operativ-taktiki raket kompleksi
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib.
Vəsilə İbrahim.