Rusiyalı turistlər daha çox bu ölkədə dincəlmək istəyirlər

Rusiyalı turistlər yerli kurortlara olan səfərlərini Türkiyənin xeyrinə dəyişdirməyə başlayıblar.

Bu barədə “RİA Novosti” yerli tur operatorlara istinadla xəbər verib.

Rusiya Tur Operatorlar Birliyinin icraçı direktoru Maya Lomidze vətəndaşların Rusiya kurortlarını Türkiyəyə dəyişdiyini, bunun üçün istəklər olduğunu deyib, ancaq say açıqlamayıb.

“İnturist” tur operatoru tək-tək hallarda olsa da məzuniyyətlərini Türkiyəyə dəyişdirənlərin olduğunu bildirib.

“Bu, kütləvi hal almayıb, çünki çox az vaxt keçib. Ancaq turistlər bununla maraqlanırlar, bununla belə ləğvlər nadir hallarda olur”.

Başqa bir tur operator isə bron dəyişdirməyin çox xərc tələb etdiyi üçün istəklərin hələ ki, kütləvi hal almadığını bildirib.

Xatırladaq ki, Rusiya Tur Operatorları Birliyinin (ATOR) vitse-prezidenti Dmitri Qorin Türkiyə ilə sərhədlərin açılmasına görə Rusiyanın tur operatorlarının ölkənin kurort şəhərlərində tətil qiymətlərini endirə biləcəyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest