Rusiyalı politoloqdan sülhməramlılarla bağlı abırsız İDDİA

Rusiya sülhməramlı kontingenti Qarabağda 5 il deyil, daha çox qalacaq.

Bunu rusiyalı politoloq Aleksandr Skakov Azərbaycan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin BBC-yə müsahibəsini şərh edərkən deyib.

O qeyd edib ki, sülhməramlıların yerləşdirilməsi hər zaman parlament tərəfindən təsdiqlənmə ilə rəsmiləşir:

“Bu cür nümunələr çoxdur. Serbiya Parlamenti Kosovoda sülhməramlıların yerləşdirilməsini təsdiqlədi? Xeyr. Bosniya və Herseqovinaya, Xorvatiyaya kontingent göndərilməsi ilə bağlı parlamentin qərarı varmı? Yoxdur. Bütün bunlar yaxşı bir vəziyyət yaratmaq üçün edilən cəhdlərdir”.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda Rusiya kontingentinin olması ilə hesablaşmalı olacaq.

Qeyd edək ki, PA rəsmisi Hikmət Hacıyev müsahibəsində Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlərlə bağlı müəyyən müzakirələrin davam etdiyini bildirib./axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest