Rusiyalı oliqarxlar sanksiyalara görə nə qədər pul itiriblər? – RƏQƏMLƏR

Amerikanın “Bloomberg” agentliyi dünyanın ən zəngin 500 adamının reytinqini açıqlayıb. İlin əvvəlində siyahıda 22 rusiyalı milyarderin adı yer alsa da, aprelə olan statistikada onların sayı azalıb. Belə ki, Rusiya neftinin ixracının azalması səbəbindən 17,4 milyard dollar itirən Vahid Ələkbərov siyahıdan kənarda qalıb.

Oliqarxlara məxsus şirkətlərə (maliyyə, müdafiə və xammal) qarşı çoxlu sayda sanksiyalar tətbiq edilib. “Bloomberg”in hələ fevralın sonunda açıqladığı rəqəmlərə əsasən rusiyalı milyarderlərin ümumilikdə 83 milyard dollar itirdiyi qeyd olunurdu.

Tədricən rus oliqarxları itkiləri azaltmağa və hətta kapitalı bərpa etməyə başlayıblar. Belə ki, Timçenko və Mixelson (Novatek) tətbiq edilən sanksiyaların mənfi təsirlərini artıq aradan qaldırıblar. Yəni onlar formal olaraq şirkətlərdəki bəzi paylardan imtina etməli olublar. Ona görə də yerli oliqarxların itkiləri artıq 62,5 milyard dollara enib.

Bəs sanksiyalara görə kim daha çox itirib?

“Bloomberg” aprelin 4-nə olan statistikanı (ABŞ dolları ilə) təqdim edib:

Gennadi Timçenko -7,33 milyard dollar itirib, 15,1 milyard qalıb;

Leonid Mixelson -6,45 milyard dollar itirib, 26 milyard qalıb;

Aleksey Mordaşov -5,56 milyard dollar itirib, 23,3 milyard qalıb;

Vladimir Lisin -5,52 milyard dollar itirib, 22,5 milyard qalıb;

Roman Abramoviç -3,73 milyard dollar itirib, 14,3 milyard qalıb;

Mixail Fridman -3,34 milyard dollar itirib, 10,6 milyard qalıb;

Viktor Raşnikov -3,32 milyard dollar itirib, 10,9 milyard qalıb;

Vladimir Potanin -1,95 milyard dollar itirib, 28,9 milyard qalıb;

Aleksandr Abramov -1,74 milyard dollar itirib,  7,34 milyard qalıb;

Aleksey Kuzmiçev -1,71 milyard dollar itirib,  5,46 milyard qalıb;

Əlişir Usmanov -1,60 milyard dollar itirib,  19,7 milyard qalıb;

Viktor Vekselberq -1,55 milyard dollar itirib, 16,9 milyard qalıb;

İsgəndər Mahmudov -1,50 milyard dollar itirib, 6,39 milyard qalıb;

Süleyman Kərimov -1,47 milyard dollar itirib, 13,7 milyard qalıb;

Peter Aven -0,724 milyard dollar itirib,  5,69 milyard qalıb;

Dmitri Rıbolovlev -0, 287 milyard dollar itirib,  10,7 milyard qalıb;

Mixail Proxorov -0,163 milyard dollar itirib,  13,8 milyard qalıb.

Lakin bəziləri sərvətlərini artırıblar:

Andrey Melniçenko +0,673 milyard qazanıb – 18,1 milyarda çatıb;

Andrey Quryev +0,730 milyard qazanıb – 8,64 milyarda çatıb;

Vyaçeslav Kantor +3,20 milyard qazanıb – 12,2 milyarda çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest