Rusiyalı müğənninin konserti azərbaycanlıları TƏHQİR ETDİYİ ÜÇÜN LƏĞV OLUNUB – VİDEO

Rusiyalı müğənni Lyubov Uspenskaya azərbaycanlıları təhqir edib.

Azərbaycanın Mədəniyyət Nazirliyi rusiyalı müğənni Lyubov Uspenskayanın oktyabrın 9-da Konqres Hollda konsertini ləğv edib.

Konsertin biletlərinin iTicket platforması üzərindən satışı dayandırılıb.

Deyilənə görə, Uspenskayanın Bakıda konsert verəcəyindən xəbər tutan onlarla azərbaycanlı Mədəniyyət Nazirliyinə kütləvi şikayətlər ediblər.

Konsertinin ləğvinin əsl səbəbi isə müğənninin sosial şəbəkələrdə Azərbaycanı təhqir etməsi və ermənipərəst mövqeyi səbəb olub. O, sosial şəbəkələrdə yayılan videosunda 44 günlük müharibə zamanı azərbaycanlıları necə təhqir etdiyini danışıb və erməni sevgisini açıqca bildirib.

Qeyd edək ki, həmin videonu Bakı sakini olan bir xanım Mədəniyyət Nazirliyinə təqdim edəndən sonra konsert ləğv olunub, bilet satışı dayandırılıb.

Həmin videonu təqdim edirik:

“Rus şanson kraliçası” Lyubov Uspenskaya Bakıdakı konsertinin Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən ləğv edilməsi ilə bağlı açıqlama verib.

Erməni sevdası onu azərbaycanlıların gözündən saldığını bəlkə də dərk edib və qazanc xətrinə guya Azərbaycanı “sevdiyini” dilə gətirib.

“Bu gün yuxudan duranda sarı media və ictimaiyyət tərəfindən yayılan bir xəbər məni təəccübləndirdi. Azərbaycan və Ermənistan xalqları arasında münaqişədə guya siyasi bəyanatlarıma görə, Bakıdakı konsertimin ləğv edilməsi xəbəri yayılıb. Məni şoka saldı! Axı insanlar məni nədəsə günahlandırmağa, münaqişəyə salmağa, ləğv etməyə çalışırlar. Mən – sülh adamıyam və xeyirxaham.

Mən başa düşürəm ki, bunların hamısı üç il bundan əvvəlki bir köhnə saxta xəbərə görə şişirdilir, bəs nə məqsədlə? Mən bütün Qafqaz xalqlarını həmişə sevən bir insan kimi azərbaycanlı sənətçilərlə eyni səhnədə onların dillərində (o cümlədən Azərbaycan dilində) “Ağ çiçək” (“Ağ Çiçəyim”) mahnısını ifa etmişəm.

Mən həm Azərbaycanı, həm də bir müddət yaşamağa müvəffəq olduğum Ermənistanı çox sevirəm və bütün bu hadisələrə görə ruhum daim parçalanır. Bütün bunlardan sonra məni hansısa “mənim” mövqeyinə görə ittiham edirlər? Mənim mövqeyim birdir – mən sülh tərəfdarıyam!

Nəticə: cəmi bir neçə saat əvvəl, görünüşü qəzəbli bir dönüş alan xəbərə görə konsert artıq ləğv edilib.

Ümid edirəm ki, məni düzgün eşidəcəksiniz və ifadələri və sözləri kontekstdən çıxarmayacaqsız. Bu mənim cavabım və rəsmi açıqlamam idi. Daha şərh vermək istəmirəm və etməyəcəyim də”, – deyə ermənipərəst müğənni bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest