Rusiyalı Antalya hava limanında ÖZÜNÜ ASDI – SƏBƏB + VİDEO

Antalya hava limanında keçirilən “xüsusi əməliyyat”a etiraz olaraq rusiyalı özünü asmağa cəhd edib.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Rusiyalı Antalya hava limanında özünü asmağa cəhd edib. 29 yaşlı Aleksandr Rusakov qeydiyyat masasının yanındakı asma lampanın üstünə çıxıb və boynunda ilgəklə yerindən atılıb.

İntihara cəhd edən rusu son anda xilas etmək mümkün olub. Hava limanının işçiləri Rusakovun köməyinə qaçıblar. Ayaqları şişmə döşəklə dəstəklənən Rusakovun kəndiri vaxtında nərdivanla yuxarı qalxan zabit tərəfindən qayçı ilə kəsilib. Şəxsin Ukraynadakı müharibəyə etiraz olaraq intihara cəhd etdiyini iddia edilir.

“Qorxunc vəziyyət, amma şükür Allaha, adam sağdır”.

Məlumata görə, hazırda rusiyalı reanimasiyadadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest