Rusiyada üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi TƏKLİF ETDİLƏR

Rusiya Federasiyasında üçrəngli bayrağın əvəzinə SSRİ bayrağını geri qaytarmağı təklif etdilər.

Bu barədə RİA Novosti məlumat verib. Rusiyanın Dövlət Duması SSRİ bayrağının Rusiya Federasiyasının yeni dövlət bayrağı kimi tanınmasını təklif edib. Deputatlar G.Züqanov, V.Kaşin, İ.Melnikov və başqalarının adından aprelin 19-da Rusiya Federasiyası Dövlət Dumasına təqdim edilmiş qanun layihəsində bu təklif öz əksini tapır.

“Bu gün Qərb ölkələri əslində Qələbə bayrağına qarşı müharibə elan edib, onu hər yerdə qadağan ediblər. Qələbənin qırmızı bayrağı onlara xalqımızın böyüklüyünü və böyük qələbəmizi xatırlatdığı üçün onlar bu simvoldan qorxurlar. Düşünürəm ki, artıq qələbə çalmağın vaxtı çatıb. Qələbə bayrağını dövlət bayrağımız kimi tanıyırıq”, – deyə Dövlət Dumasının Krımdan olan qondarma deputatı Mixail Şeremet bildirib.

Krımlı “deputat”ın sözlərinə görə, o, Rusiya bayrağı ilə fəxr edir, lakin hesab edir ki, Qələbə bayrağı bu gün “dirilən fövqəldövlətin simvolu” kimi aktualdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest