Rusiyada SSRİ-yə düşmənçiliyi qadağan edən qanun qəbul edildi

Rusiya Dövlət Duması SSRİ-yə düşmənçiliyi qadağan edən qanun qəbul edildi

“RİA Novosti” xəbər verir ki, Dövlət Duması üçüncü, yekun oxunuşda SSRİ və faşist Almaniyasının bərabər tutulmasına görə cərimələr haqqında qanun qəbul edib. Həmin qanunu pozanlar 100 min rubla qədər cərimə və ya 15 gün həbs edilə bilər.

Qanun layihəsi Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə yeni maddə ilə əlavələr edib.

Təkrar cinayətə görə vətəndaşlar 2,5 il həbs edilməklə 5 min rubl cərimə olunacaq. Vəzifəli şəxsləri isə 5 il həbs və 20 min rubl cərimə gözləyir.

  • Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfirliyi Rusiya ilə fasist Almaniyası arasında müqayisənin qəbuledilməz olduğunu bildirib. Rusiyanın ABŞ-dakı səfirliyinin müşaviri Aleksandr Kim bildirib ki, Ukraynanın rusdilli əhalisinə qarşı nasist üsullarını tətbiq edən məhz Kiyev rejimidir.

O vurğulayıb ki, Rusiya müharibəyə başlamır, onu bitirir. Onun sözlərinə görə, Rusiya Federasiyası Donbasda sülhün tezliklə bərpası və Ukraynanın bütün xalqlarının normal həyata qayıtmasına görə danışıqlar yolu ilə qərarların əldə edilməsi üçün mümkün olan hər şeyi edir.

BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib. Müəlliflərin fikrincə, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və onun nəticələri Avropa ölkələrində çox uzun müddətdir görünməyən miqyasa çatır.

Xuraman Etibarlı,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest