Rusiyada DƏHŞƏT: 52 ölü,xeyli sayda itkin

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə TASS xəbər verib. Qeyd edilir ki, qəza zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.

Hadisə cümə axşamı səhər saatlarında baş verib. Qəza zamanı mədəndə ümumilikdə 287 olub. Son məlumata görə, qəza zamanı 52 nəfər ölüb. Faktla bağlı cinayət işi açılıb. Baş prokurorun müavini Dmitri Demeşin qeyd edib ki, fövqəladə vəziyyətə səbəb metan partlayışı olub. Daha əvvəl Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi də “RİA Novosti”yə bildirib ki, 52 nəfər qəzanın qurbanı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest