“Rusiya və Azərbaycan çempionatları birləşməlidir” – Andrey Arşavin

“Qazaxıstan, Azərbaycan və Belarus çempionatları ilə birləşməliyik. Bu, ən azından tamaşaçı auditoriyasını genişləndirə bilər. Ən yaxşı seçim Ukrayna ilə birləşməkdir. Amma hazırkı siyasi vəziyyətdə bu qeyri-mümkündür”.

Bu fikirləri Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavin ölkəsinin mətbuatına açıqlamasında Premyer Liqanı inkişaf etdirməyin yolları barədə danışarkən deyib.

Veteran hücumçu bildirib ki, “Arsenal”la oyunlar Azərbaycanın iki komandası (“Neftçi” və “Qarabağ”ı nəzərdə tutur) Rusiya çempionatının ikinci “səkkizliy”indən zəif deyil:

“Bu ölkələrin hərəsindən 2, Rusiyadan 12 komanda götürə bilərik”.

Qeyd edək ki, Andrey Arşavin karyerası ərzində Rusiyada “Zenit”, “Kuban”, İngiltərədə “Arsenal” və Qazaxıstanda “Kayrat” klublarının formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest