Rusiya səfiri Şuşaya niyə getmədi? – CAVAB

Azərbaycan hökumətinin Şuşaya səfər etmək dəvətini qəbul etməyən və bunun motivini izah etmək barədə sorğu göndərdiyimiz ölkələrdən sonuncusu Rusiya olub. Redaksiyamız bu ölkənin səfirliyinə sorğu göndərib və Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərinə Bakıda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təşkil olunan səfərdə Rusiya səfiri Mixail Boçarnikovun yer almamasının səbəbini soruşub.

“Üçtərəfli razılaşmanın icrasının qarantı – Rusiya Şuşaya getmək təklifinə niyə məhəl qoymayıb?” sualına səfirliyin mətbuat katibi Alina Zolotaryeva quru cavab verib: “Biz Azərbaycandakı Rusiya səfirinin qrafik və səfərlərini şərh etmirik”.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Fransa səfirlikləri də  bu ölkələrin Bakıdakı səfirlərinin Şuşaya səfərdən imtina etməsinin səbəbləri haqda bizim sorğularımıza hansısa şəkildə cavab verməyə cəhd etmişdilər. Hərçənd bu imtinanı heç nə ilə əsaslandırmamışdılar. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest