“Rusiya NATO-ya üzv ola bilər…”- Rus general

Rusiya hipotetik olaraq NATO-ya üzv ola bilər, amma bir məqsədlə – bu təşkilatı dağıtmaq üçün.

Bu sözləri Rusiya SQ Baş Qərargahının sabiq rəisi, ordu generalı Yuri Baluevski deyib.

“Məşhur deyim var, “Mafiyanı məhv etmək istəyirsənsə, ona rəhbərlik et”. Biz bu təşkilatı dağıtmaq üçün NATO-ya üzv ola bilərik”, – general qeyd edib.

Baluevski xatırladıb ki, SSRİ 50-ci illərdə NATO-ya daxil olmaq üçün müraciət edib, ancaq proses nəticəsiz olub. Eyni nəticəsiz danışıqlar 90-cı illərdə də baş verib:

“Səbəb isə odur ki, ABŞ hər zaman dominantlıq və hegemonluq etmək istəyib. Rusiyanın NATO-ya daxil olacağı halda isə bu, mümkünsüz idi. Məşhur rus atalar sözü ilə desək, iki ayı bir yuvada yaşaya bilməz (iki qoçun başı bir qazanda qaynaya bilməz)”.

Norveçli generalın Qərbin Rusiyaya münasibətinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı dediklərinə toxunan Baluevski bildirib: “Qərbdə hələ də obyektiv düşünən insanlar var və inanmaq istəyirəm ki, onlar yalnız istefada olan generallardan ibarət deyil”.

Qeyd edək ki, istefada olan norveçli general-leytenant Robert Mood Qərbin təcili şəkildə Rusiyaya münasibətinin dəyişməsi gərəkdiyini bildirib. O, hətta hərbi konfliktdən qaçmaq üçün Rusiyanın NATO-ya üzv olmasının da mümkünlüyünü iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest