Rusiya MN Qarabağla bağlı MƏLUMAT YAYDI

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağ ərazisində tapılan sursatları məhv ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ümumən minatəmizləmə bölməsinin hərbi qulluqçuları 2.326,6 hektar ərazi, 683 kilometrdən çox avtomobil yolu, 1 937 tikili, o cümlədən 34 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatdan, 26.088 partlayıcı obyektdən təmizləyib”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest