Rusiya mayın 9-da müharibəni bitirəcək? – Lavrov suala konkret cavab verdi

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə davam edir. Qərb dövlətlərinin çoxşaxəli sanksiyalarına baxmayaraq, Rusiya hərbi əməliyyatları davam etdirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını mayın 9-dək başa çatdırmağı hədəflədiyi ilə bağlı iddialara cavab verib. 

Lavrov bildirib ki, Rusiyanın müharibəni 9 may tarixində bitirəcəyi ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Rusiyanın Ukrayna əməliyyatlarını mayın 9-da bitirmək planı yoxdur. Əsgərlərimiz hərəkətlərini süni şəkildə heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaq. Biz 9 May Qələbə Gününü həmişə olduğu kimi, böyük təntənə ilə qeyd edəcəyik. Həmin gün mülki və hərbi riskləri minimuma endirmək vacibdir”.

Rusiyanın Ukrayna əməliyyatlarının ən kritik şəhəri olan Mariupol şəhərindəki “Azovstal” fabrikinə sığınan ukraynalı əsgər və mülki vətəndaşların vəziyyətindən danışan Lavrov Zelenskiyə səslənərək bildirib ki, Ukrayna prezidentindən tələb edir ki, onların azadlığa buraxılması əmrini versin: “Mülki vətəndaşları sərbəst buraxın. Məqsədimiz Ukraynada rejimin dəyişdirilməsini əhatə etmir. Bu, Birləşmiş Ştatların manipulyasiya etdiyi bir mövzudur.

Semra Ələkbərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest