Rusiya 7 min əsgəri və 100-dən çox tankı bu ölkənin sərhədinə toplayır – Yeni müharibə ANONSU

Rusiya 7 min əsgər və 100-dən çox tankla Tacikistanla olan sərhədini gücləndirir.

Eyni zamanda Moskva hava hücumundan müdafiə sistemlərini Tacikistana göndərə bilər. Məlumata görə, Moskva bu addımı bölgədə eskalasiyanın (sərhəddə qarşıdurmanın kəskinləşməsi) qarşısını almaq üçün atır. Həmçinin Rusiya Tacikistan ərazisində yerləşən 201-ci hərbi bazanı gücləndirmək haqda da düşünür. Əgər ehtiyaca yaranarsa, bu ölkəyə hava hücumundan müdafiə sistemləri də göndəriləcək.

Qeyd edək ki, Rusiya Tacikistan sərhədləri yaxınlığında Taliban qüvvələrinin güclənəcəyindən ehtiyat edir. Hazırda belə bir təhlükə olmasa da, Rusiya hazırlıqları davam etdirir. Talibanın başı isə hələlik Əfqanıstan ərazilərini işğal etməyə qarışıb. Bütün bunlar ABŞ-ın Əfqanıstandan hərbi kontingentini çıxarması qərarının fonunda baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest