Rus oliqarxın şübhəli ölümü ilə bağlı ilginc detallar üzə çıxdı: Xoruz qanı və qurbağa zəhəri…

Rusiyanın neft nəhəngi “LUKOİL”un keçmiş icraçı direktoru və milyarder Aleksandr Subbotinin şübhəli ölümü ilə bağlı ilginc detallar üzə çıxıb.  

Milyarderin müalicə üçün yanına getdiyi şamanın verdiyi qurbağa zəhərindən öldüyü iddia edilir. Onun Moskvanın Mitiş rayonunda keçirilən şaman ritualında öldüyü bildirilir. 
İddialara görə, Subbotinə burada “alternativ təbabət” adı altında qurbağa zəhərindən və xoruz qanından ibarət qarışım verilib. Ətrafda olan şəxslər milyarderin vəziyyətinin pisləşməsinə baxmayaraq, həkim briqadasına zəng etməyiblər və Korvalol adlı bitki mənşəli dərman vasitəsi ilə xəstəni sağaltmağa çalışıblar. Lakin bu üsul faydasız olub.
Qeyd edək ki, Aleksandr Subbotin bir müddət əvvəl “Novaya Transportnaya kompaniya” logistika şirkətinin rəhbəri vəzifəsinə keçmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest