Rus general ELAN ETDİ – Ərazilərin tutulması tam BAŞA ÇATDI

Qondarma “Luqansk Xalq Respublikası”nın xalq milisi rus qoşunlarının dəstəyi ilə “respublika”nın inzibati sərhədlərini çıxıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O qeyd edib ki, dönüş nöqtəsi Popasnaya rayonunun təmizlənməsinin başa çatması olub. Ümumilikdə, bu yaşayış məntəqəsinin ərazisində hücum nəticəsində 120 ukraynalı hərbçi həlak olub və onların 13 ədəd zirehli texnikası məhv edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı “LXR” və “DXR”in tanınması haqqında sənəddə Rusiyanın bu respublikaları inzibati sərhədləri daxilində, yəni Ukraynanın Luqansk və Donetsk vilayətlərinin sərhədləri daxilində tanıdığı qeyd olunur.

Rusiya Federasiyası Mərkəzi Hərbi Dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bildirib ki, Ukraynadakı əməliyyatın ikinci mərhələsinin məqsədi “Donbas və Ukraynanın cənubu üzərində tam nəzarəti təmin etməkdir”. “LXR”də isə onların hərbçilərinin yaxınlıqdakı ərazilərə nəzarət edəcəyini istisna etməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest