Rövşən Məmmədovun ümidinə buraxılan 95 yaşlı radio və 65 yaşlı televiziyamız haqqında REKVİYEM

Bu gün Azərbaycan Televiziyası və Radiosu günüdür. Deməli bu gün bayramdır. Ən azından bu sahədə çalışan insanlar üçün.

Amma çox təəssüf ki, cəmiyyətimizdə bu bayram əhval-ruhiyyəsi hiss olunmur. Baxmayaraq ki, bu il milli radiomuzun 95, televiziyamızın isə 65 yaşı tamam olur. Bu isə ona dəlalət edir ki, bu il hər iki mədəniyyət beşiyinin yubileyidir. Lakin dəxli yoxdur. Bu yubileylər heç kimin yadına düşmür. Baxmayaraq ki, istər radio, istərsə də televiziya bizim milli dəyərlərimizdir. Bu dəyərlərə hörət etmək, ehtiram göstərməksə hər bir azərbaycanlının borcudur. Ən azından ona görə ki, bu gün bizə yuxarıdan aşağı baxan “xalqlara” göstərməliyik ki, digər sahələrdə olduğu kimi elektron KİV sahəsində də bizim tarixi uğurumuz və ənənələrimiz var. Və bu gün-sabah radiomuzun 100 yaşı olacaq.

Hələ onu demirəm ki, orta və yaşlı nəsil Azərbaycan Radiosunun və Televiziyasının (AzTV) qarşısında böyüyüb. Ona görə də hər kəs qazandığı uğurlarına görə bu və ya digər şəkildə Azərbaycan teleradiosuna borcludur. Amma nə yazıq ki, bu müqəddəs dəyərlərin yubileyi təntənəsiz keçir.

KİMDİR GÜNAHKAR?

Bunun tək günahkarı var. O da Azərbaycan Televiziyası və Radiosu QSC-nin sədri Rövşən Məmmədovdur. Çünki, Azərbaycan cəmiyyətində belə bir şablon var ki, hansısa kollektivə və yaxud sahəyə münasibət, o quruma rəhbərlik edən şəxsə göstərilən münasibətdən qaynaqlanır. Əgər hansısa qurumun başçısı ölkə rəhbərliyinin gözündən düşübsə, bunun acısını o sahədə çalışan insanlar dadır. Bu günki reallıqsa ondan ibarətdir ki, Rövşən ona bəslənilən ümidləri və göstərilən etimadı doğrultmadı. Və qısa zaman kəsiyində ölkə rəhbərliyinin gözündən düşdü. Gözdən düşən rəhbərə görə isə nə yazıq ki, kollektiv üzvləri əziyyət çəkir.

Cəsarətlə deyə bilərəm ki,  AzTV-nin 2500 əməkdaşının ən azı 2000 nəfəri bu laqeydliyin girovuna çevrilib. Bu gün yüzlərlə AzTV əməkdaşlı Rövşənin səbatsız idarəçiliyi və eqosu hesabına həyatın dibində sürünür. Ailələri və uşaqları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikləri üçün başı aşağı gəzirlər. Bu başıaşağılıq isə sonda sosial narazılıq yaradır. Deməli bu gün AzTV-də çalışan 2000 ləyaqətli vətəndaş Azərbaycan hökümətinin yürütdüyü sosial siyasətdən narazıdır. Bu narazılığınsa tək səbəbkarı yenə Rövşəndir. Rövşən korporativ maraqları üzündə dövlət büdcəsindən ayrılan vəsait təyinatı üzrə xərclənmir. Bütün gəlirlər ancaq Rövşənin qara kassasına axır. AzTV əməkdaşları isə qəpik-quruşla keçinməli olur.

Təbii ki, cəmiyyətimizdəki yanaşma qüsurludur. Bir nəfərə görə yüzlərlər insanın haqqı tapdalanmalı deyil. Amma neyniyək ki, burası Azərbaycandır. Bizdə də o qədər əndrəbadi ənənələr var ki,..

Məsələn, hansısa qüsura yol verən məmur həmən cəzalandırılımır. Əksinə ona imkan verilir ki, daha çox nöqsana yol versin, daha çox çirkaba batsın. Və bu proses o vaxta qədər davam edir ki, həmin məmur tamamilə iyrənc vəziyyətə düşür. Yerindən duran, dəxli olub-olmayan sağdan-soldan həmin məmuru “şapalaqlayır”. Nəhayət, zaman gəlir, həmin məmur çox urvatsız şəkildə vəzifədən alınır. Və bir daha vəzifə üzü görmür. Bizdə də vəzifədə olmayana salam vermək caiz deyil. Ona görə də urvatsız şəkildə vəzifədən çıxarılan məmurun adam içinə çıxmağa üzü heç qalmır.

Fikrimin təsdiqi üçün son illər işdən urvatsız şəkildə çıxarılan məmurları bir anlığa göz önünə gətirsək, məncə kifayətdir. Sabiq məmurların 99 faizi işsiz olduqları zaman da xalqdan qaçırlar. Çünki, nə qədər ədalətsizliklərə və cinayətlərə yol verdiklərini çox yaxşı bilirlər. Və ictimai qınaqdan qorxduqları üçün şəhər küçələrində piyada belə gəzməyə risq etmirlər.

İndi bu Rövşəni də həmin aqibət gözləyir. Hər gün qanunsuz və qeyri-insani əməllərlə məşğul olan Rövşən özünü cəzasızlıq mühitində hesab edir. Amma digər məmur həmkarlarının yuxarıda xatırlatdığım aqibətini görmür. Daha doğrusu görmək istəmir. Çünki, onun üçün əsas olan puldur, var-dövlətdir. Qalan şeylər onun üçün təfərrüatdır. Vəssəlam.

Bir sözlə Rövşənin sonu görünür. Türklər demiş “Rövşənin qələmi qırılıb”.

Amma Rövşənin kim və hansı mənfi keyfiyyətlərə malik olması, onu hansı aqibət gözləməsini çox gözəl bilsəm də yenə pis oluram. Çünki, 95 yaşlı radiomuzun və 65 yaşlı televiziyamızın yubileyinin urvatsız tutulması bir jurnalist və vətəndaş kimi mənə toxunur. 5 gün əvvəl bir düjün kənd təsərrüfatı işçilərinə müxtəlif fəxri adlar və ali mükafatlar verildi. Gərək AzTV-də canlarını qoymuş və hətta sağlamlıqlarını itirmiş əməkdaşlara da diqqət ayrılardı. Ən azı ona görə ki, bir zamanlar deyildiyi kimi:”AzTV təkdir- O, bir məktəbdir”.

Surxay Atakişiyev,

Bakuexo.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Pin It on Pinterest