Roqozin Maskı hədələdi: “Buna görə cavab verəcəksən!”

“Roskosmos”un baş direktoru Dmitri Roqozin “Starlink” terminal peyk internetini Ukraynaya verdiyi üçün İlon Maskı hədələyib.

Roqozin bu barədə Teleqram kanalında yazıb.

“Ukrayna ordusunun 36-cı dəniz piyadaları briqadasının əsir götürülmüş polkovniki Dmitri Kormyankovun sözlərinə görə, İlon Maskın “Starlink” peyk şirkətinin yerüstü abonent qurğuları Mariupoldakı döyüşçülərə hərbi helikopterlərlə çatdırılıb. Çatdırılma Pentaqon vasitəsilə baş tutub. İlon, bunun üçün cavab verməli olacaqsan”, – Roqozin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest