Ronaldonun sevgilisi Corcina “Kann” festivalına 148 min manatlıq çantayla gəldi – FOTO/VİDEO

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez gözlənilmədən 75-ci film festivalının keçirildiyi Kanna gəlib.  

Qara, dəri materialdan üzərinə kombinezon, eyni rəngdə stiletto geyinən Corcina tam fərqli tərzdə parlaq vurğu kimi strukturlaşdırılmış böyük ölçülü narıncı çanta ilə görüntülənib.

Moda tənqidçilərinin, eləcə də dəbkeşlərin diqqətini C.Rodrigezin çantası çəkib.  

Belə ki, “Hermes” brendinə məxsus aksesuar qiyməti ilə “dodaq uçuqladıb”. Futbolçunun sevgilisi “limited edition” seriasından olan çantaya nə az, nə çox, 148 min manat pul xərcləyib.  

Qeyd edək ki, aprelin 18-də Kriştiano və Corcinanın qızı dünyaya gəlib. Onlar körpəyə Bella Esmeralda adı veriblər. Cütlüyün əkiz uşağı dünyaya gəlib, sonra körpələrdən oğlan uşağı dünyasını dəyişib.
Xatırladaq ki, Bella Esmeralda 37 yaşlı hücumçunun 5-ci övladıdır.  

Rəşad Əliyev, Bizim.Media

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Pin It on Pinterest